Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda yağış, Şahdağ, Altıağacda isə qar yağır - FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 5-i saat 18:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.
Qurumdan Oxu.Az-a bildirilib ki, narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Şəkidə 28 m/s, Zaqatalada 30 m/s, Goranboyda 27 m/s, Naftalanda 26 m/s, Ağdamda 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Gəncə, Neftçalada 20 m/s, Gədəbəy, Yevlax, Bərdədə 16 m/s təşkil edir.
Hazırda Bakıda və Abşeron yarımadasında, Qusarda arabir yağış, Şahdağ, Altıağacda isə qar yağır.
Ölkə ərazisinin bəzi yerlərində noyabrın 5-i saat 15:00-a olan məlumata əsasən küləkli hava şəraiti davam edir.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, şimal-qərb küləyi arabir Balakəndə 28 m/s, Mingəçevir, Şəkidə 25 m/s, İsmayıllı, Tərtər, Göyçayda 22 m/-ə çatır. Bu narıncı xəbərdarlığa uyğundur.
Bakıda və Abşeron yarımadasında 20 m/s, eyni zamanda Neftçalada 20 m/s, Lerik, Ağdam, Zaqatalada 18 m/s, Ceyrançöldə 16 m/s təşkil edir. Bu isə sarı xəbərdarlıq deməkdir.
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Noyabrın 5-i saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.
Narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında və Kəlbəcərdə 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Şəki, Şamaxı, Tovuzda 20 m/s, Goranboyda 19 m/s, Naftalan, Daşkəsən, Balakəndə 18 m/s, Tərtərdə 16 m/s, Zaqatalada 15 m/s təşkil edir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-də 9, Aran rayonlarında 14, dağlıq rayonlarda 5 dərəcəyədək isti qeydə alınıb.
Rəylər