Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Əksər rayonlarda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA - 13.11.2024
Hazırda əksər rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur.
Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, noyabrın 13-ü saat 16:00-a olan məlumata əsasən, əksər rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur. Balakən, Zaqatala, Şəki, Oğuz, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Göyçay, Neftçala, Yardımlı, Lənkəran, Astarada arabir yağış yağır.
Şərur, Daşkəsən, Göygöl, Naftalan, Balakən, Qax, Zaqatala, Şəki, Qobustan, Lerikdə duman müşahidə olunur.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 12, Aran rayonlarında 12, dağlıq rayonlarda 6 dərəcə isti qeydə alınıb.
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Noyabrın 13-ü saat 9:00-a olan məlumatına əsasən, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb. Bəzi şərq rayonlarında leysan xarakterli intensiv olub.
Düşən yağıntının miqdarı Astarada 42 mm, Lənkəranda 29 mm, Beyləqanda 20 mm, İmişlidə 12 mm, Qəbələdə 11 mm, Oğuzda 10 mm, Qubada 9 mm, Neftçalada 8 mm, Biləsuvar, Cəfərxan, Kürdəmir, Sabirabad, Zərdab, Şahbuz, Mingəçevir, Qobustan, Naxçıvan, Şərur, Culfa, Ordubad, Şəki, Xaltan, Şahdağ, Tərtər, Yevlax, Bərdə, Yardımlı, Ağdamda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Şimal küləyi Bakıda və Abşeron yarımadasında arabir 15 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3 metrə çatıb.
Bakı, Şərur, Şahbuz, Naxçıvan, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Qusar, Qrız, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-də 6 dərəcə isti, Aran rayonlarında 9, dağlıq rayonlarda 4 dərəcə isti, yüksək dağlıq ərazilərdə 8 dərəcə şaxta qeydə alınıb.
Rəylər