Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bəzi rayonlarda duman müşahidə edilib - FAKTİKİ HAVA
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bununla bağlı Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Noyabrın 15-i saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin noyabrın 14-ü günün birinci yarısında bəzi şərq rayonlarında qısamüddətli yağış yağıb.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3 mm, Neftçala, Lənkəranda 1 mm-dək olub.
Yevlax, Zərdab, Şəmkir, Şamaxı, Qax, Qobustan, Lerikdə duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10, Naxçıvan MR-də 3, Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb.
"Hava proqnozu" teqi üzrə xəbərlər
- Sabah güclü külək bəzi insanlarda narahatlıq hissi yarada bilər
- Bəzi avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
- Sabahın hava proqnozu AÇIQLANDI - 25.11.2024
- Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- Havanın temperaturu 4-8 dərəcə enəcək, leysan yağacaq - XƏBƏRDARLIQ
Rəylər