Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
FHN təhlükəsizlik tələblərinə cavab verməyən liftin fəaliyyətini dayandırıb
Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 41 ünvanında yerləşən "Nərimanov 26" MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasının liftində yaranan nasazlıq nəticəsində vətəndaş xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, dərhal FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən həmin binadakı liftə texniki baxış keçirilib.
Baxış zamanı liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi, həmçinin insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.
Qeyd edilənlər nəzərə alınaraq, liftin istismarı dayandırılıb və texniki təhlükəsizliklə bağlı aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün "Nərimanov 26" MMC qarşısında məsələ qaldırılıb. Həmçinin müvafiq akt tərtib edilərək, yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftin istismarının mümkün olacağı və liftin müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə məsuliyyət daşıdıqları sözügedən MMC-nin rəhbərliyinə izah olunub.
"Lift problemi" teqi üzrə xəbərlər
- Bakıdakı binaların köhnə LİFT PROBLEMİ
- Paytaxtda çoxmərtəbəli binanın lift problemi nə zaman həll olunacaq?
- Tehranda liftlə bağlı dəhşətli qəza: Qadın işçi faciəli şəkildə həlak oldu
- Bakı sakinlərinin liftdəki "Sirat körpüsü": Yerlə göy arasında bir kvadratmetrlik "məzar"
- Şəmkir sakini: "Lift işləmədiyi üçün çağırdığımız həkim yuxarı qalxmır"
Rəylər