Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıdakı binaların köhnə LİFT PROBLEMİ
Çoxmərtəbəli binalardakı köhnə liftlər insan həyatı üçün təhlükə riski daşıyır. Araşdırmalar göstərir ki, Bakıdakı bəzi binalarda köhnə liftlərin istismar müddəti başa çatsa da, onlar hələ də sakinlərə xidmət göstərməyə davam edir.
Bakı Şəhər İcra Hakimiyyətindən Modern.az-a bildirilib ki, son 3 il ərzində dövlət vəsaiti hesabına paytaxtdakı çoxmərtəbəli binalarda quraşdırılması üçün 1206 ədəd Almaniya istehsalı olan liftlər gətirilib:
"Həmin liftlər istismar müddəti bitmiş liftlərlə dəyişdirilib. Gözlənilir ki, dövlət tərəfindən vəsait ayrılacaq və növbəti dəfə yeni liftlər alınacaq. İstismar müddəti bitmiş liftlər mövcud qrafik əsasında mərhələli şəkildə dəyişdiriləcək".
Qeyd edilib ki, təzə liftlər ancaq Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan binalarda quraşdırılacaq:
"Kooperativ, MTK və özəl binaların liftlərinə Bakı Lift-Təmir İstehsalat Birliyi tərəfindən xidmət göstərilmir, yalnız Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan liftlər dəyişdiriləcək".
Dəyişdirilməsi gözlənilən liftlərin sayına aydınlıq gətirilməyib.
"Bakı Şəhər İcra Hakimiyyəti" teqi üzrə xəbərlər
- Eldar Əzizov: "Bakıda qəzalı vəziyyətdə olan 1100 bina var"
- "Sabunçu tuneli"ni inşa edən şirkətdən açıqlama: "Ona qalsa, "Bağırov körpüsü"nə də su dolub"
- "Bağırov" körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırılıb - RƏSMİ
- Güclü yağışın fəsadları ilə bağlı Nazirlər Kabinetində iclas - Yekun qərarlar veriləcək
- Yağışdan sonra Bakı: Aidiyyəti qurumlar hansı tədbirləri gördüklərini açıqladılar
Rəylər