Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Emin Əmrullayev: "İbtidai sinif müəllimləri üçün imtahan humanist yanaşma əsasında tərtib olunmuşdu"
"Əsas fokuslanmalı məsələ zəif nəticə göstərənlərin üzərində işləməkdir. Növbəti sertifikasiya imtahanlarının builki kimi ağrılı olmayacağını hesab edirəm".
Oxu.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2024: Peşəkar müəllim - keyfiyyətli təhsil" adlı tədbirdə çıxışı zamanı deyib.
"Misal olaraq, ən yüksək 60 balı toplayan müəllimlərin növbəti sertifikasiya imtahanında da eyni nəticə göstərməsi üçün çalışmalıyıq. Üç il ardıcıl şəkildə sertifikasiyada iştirak edib uğurlu nəticə göstərən müəllimlər ömürlük sertifikasiyadan azad olunmuş sayılırlar.
Bu il sertifikasiya imtahanları ibtidai sinif müəllimləri üçün humanist yanaşma əsasında tərtib olunmuşdu. Təbii ki, növbəti illərdə yeni standartlar da hazırlanacaq", - deyə nazir bildirib.
E.Əmrullayev qeyd edib ki, fərqli standartlar olsa da, bugünkü məzmunda elə də ciddi dəyişiklik olmayacaq.
"Bu gün əsas istəyimiz bütün müəllimlərin sertifikasiya prosesindən keçməsidir".
Almaz Qasımova
"Emin Əmrullayev" teqi üzrə xəbərlər
- Nazir: "Elm sahəsində differensial əməkhaqqına gedəcəyik"
- Nazir: "Elmi ad alanlara ömrünün axrına kimi yüksək maaş verməli deyilik"
- Nazir: "Ölkədə hazırda hər 9 şagirdə 1 kompüter düşür"
- İqlim dəyişikliyinin yaratdığı zərurət: Yaşıl bacarıqların inkişafı üçün nə lazımdır?
- Yusuf Tekin: "COP29-un qardaş ölkənin paytaxtı Bakıda keçirilməsindən qürur duyuruq"
Rəylər