Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Emin Əmrullayev: "Hazırda 20 il əvvəllə müqayisədə iki dəfə çox şəxs ali təhsil alır"
"Biz 2026-ci ilə qədər qəbul planını 75 000 nəfərə qaldırmağı hədəfləmişik".
Oxu.Az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, ixtisaslarla bağlı əsaslı islahatlara ehtiyac var və buna mütəmadi olaraq baxılmalıdır:
"Biz bir neçə ikili diplomlar həyata keçiririk. Ayrı-ayrı ölkələrdə ixtisaslar fərqli olduğu üçün məhz qanunvericilik uyğunlaşdırmasına getmişik. İxtisaslarla bağlı əsaslı islahatlara ehtiyac var və buna mütəmadi olaraq baxmalıyıq".
Nazir vurğulayıb ki, daha çox azərbaycanlının təhsil alması əsas hədəflərdəndir:
"Hazırda 20 il əvvəllə müqayisədə iki dəfə çox şəxs ali təhsil alır. Bu proses davam edəcək. 2026-cı ilə qədər biz qəbul planını 75 000 nəfərə yüksəltməliyik. Bu bizim qarşımızda duran hədəfdir. Biz 75 000-i keçəcəyik. Çünki Qarabağ Universiteti, Türkiyə-Azərbaycan Universiteti var. Biz bu sayın əsasən regionlarda artmasını düşünürük. Bizim istəyimiz bundan ibarətdir ki, region universitetlərimiz də universitet formatına düşsünlər, 1000 nəfərlik kiçik universitet olmasınlar".
Aygün Mirakif
"Emin Əmrullayev" teqi üzrə xəbərlər
- Nazir: "Elm sahəsində differensial əməkhaqqına gedəcəyik"
- Nazir: "Elmi ad alanlara ömrünün axrına kimi yüksək maaş verməli deyilik"
- Nazir: "Ölkədə hazırda hər 9 şagirdə 1 kompüter düşür"
- İqlim dəyişikliyinin yaratdığı zərurət: Yaşıl bacarıqların inkişafı üçün nə lazımdır?
- Yusuf Tekin: "COP29-un qardaş ölkənin paytaxtı Bakıda keçirilməsindən qürur duyuruq"
Rəylər