Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
DİN bayrama görə işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər edənlərlə mübarizəni gücləndirib - YENİLƏNİB
Vətəndaşların işğaldan azad olunmuş bölgələrə qanunsuz keçidinin qarşısının alınması məqsədilə bəzi tədbirlər alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavabında məsələyə aydınlıq gətirib.
O, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşlarının bölgəyə ezamı ilə bağlı qeyd edib ki, Qurban Bayramı münasibətilə bəzi işbazlar təsərrüfat sahibi kimi həmin əraziyə keçmək istədiyinə görə həmin ərazidə vətəndaşların minalanmış əraziyə keçməsinin qarşısının alınması məqsədi ilə orada gücləndirilmiş iş rejiminə keçirilib. Həmçinin, Baş İctimai Təhlükəsizlik İdarəsinin cəmi 2 əməkdaşı oraya ezam olunub.
22:31
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, xəbər həqiqəti əks etdirmir:
“Nazilə Səfərli qanuna müvafiq qaydada portaldan qeydiyyatdan keçib və icazə alaraq Kəlbəcər rayonuna səfər edib. Eyni zamanda səfərlə bağlı polis əməkdaşlarının işdən çıxarılması da həqiqətə uyğun deyil”
İlhamə Əbülfət
22:23
Şair Nazilə Səfərli işğaldan azad olunan Kəlbəcər rayonuna qanunsuz yolla keçərək, orada nişan mərasimi etməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Nazilə Səfərli Oxu.Az-a bildirib ki, işğaldan azad edilən ərazilərə qeyri-qanuni keçmək mümkün deyil və o, Kəlbəcərə getmək üçün bütün lazımi qaydlara riayət edib:
“Həm özüm, həm də avtomobilimin portalda qeydiyyatdan keçib. Kəlbəcərə qanunsuz yolla səfər etmək mümkün deyil. Dörd post keçmişəm. Qanunsuz getmişdimsə niyə buraxıblar? Qanunsuz hərəkətlərə saxta xəbər yayanlar yol verir! Hərə öz işi ilə məşğul olsa yaxşıdır...”
21:43
Şair Nazilə Səfərli işğaldan azad olunan Kəlbəcər rayonuna qanunsuz yolla keçərək, orada nişan mərasimi edib.
Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Bildirilib ki, DİN-in İctimai Təhlükəsizlik idarəsi əməkdaşları Nazilə Səfərlini həbs edib. Ona 15 sutka həbs cəzası verilib.
Həmçinin qeyd olunub ki, Nazilə Səfərlinin Kəlbəcərə keçməsinə göz yuman Göygöl və Kəlbəcər rayonu polis əməkdaşlarından bəziləri işdən azad olunub, bəzilərinə töhmət verilib.
Hazırda Toğanalı kəndindəki polis postuna DİN İT İdarəsinin 70-dən çox əməkdaşı cəlb olunub.
"DİN" teqi üzrə xəbərlər
- Bakıda ara məsafəsini gözləməyən sürücülərin törətdiyi qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- DYP-dən küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına MÜRACİƏT
- AYNA: "COP29-un doqquz günü ərzində 378 minə yaxın sərnişin daşınıb"
- Bu ilin 10 ayında avtomobil qəzalarında ölən velosipedçilərin sayı AÇIQLANDI
- YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
Rəylər