Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Çingiz Abdullayev: “Nə siyahı görmüşəm, nə də ev bölmüşəm”
Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən 21 nəfərə ev verilməsi müzakirələrə səbəb olub.
Həmin şəxslərin bir çoxunun katibələrdən, sürücülərdən, təsərrüfat işçilərindən, bir sözlə, texniki heyətdən ibarət olduğu vurğulanır.
Məsələ ilə bağlı qurumun katibi Elçin Hüseynbəylinin “Anar müəllim kimi məsləhət bilibsə, evlər həmin şəxslərə verilib” deməsi müzakirələri bir az da qızışdırıb.
AYB-nin birinci katibi Çingiz Abdullayev də mövzuya münasibətsiz qalmayıb. Ev bölgüsü ilə bağlı “Qafqazinfo”ya danışan Xalq yazıçısı Çingiz Abdullayev bunları deyib:
“Mən Bakıda deyildim, iki ay idi, Almaniyada idim. Almaniyada tələbələrlə görüşlərdə iştirak edirdim. Bu məsələni mən Bakıda olmadığım halda, mənsiz həll ediblər. Nə siyahı görmüşəm, nə də ev verilənlərin adını. Ona görə xahiş edirəm ki, mənim adım çəkilməsin. Deməsinlər ki, Çingiz Abdullayev siyahı tərtib edib, ev bölüb, ev verib. Mən Bakıda olmamışam, baş verənlərdən də xəbərsizəm”.
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyadan Rusiya ilə müharibə üçün 1000 səhifəlik məxfi plan barədə RƏSMİ AÇIQLAMA
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Annalena Berbok: "İqlim maliyyəsi sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir"
- Almaniyada maraqlı hadisə: Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
Rəylər