Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
11 yaşlı Səmədin batdığını görən olsa da oradan uzaqlaşıb - Hadisə yerindən GÖRÜNTÜLƏR
Cəlilabadda su anbarında batan 11 yaşlı uşaqla bağlı təfərrüat məlum olub.
APA-nın məlumatına görə, Cəlilabad rayon Gülməmmədli kəndi ərazisində yerləşən İncəçay su anbarında uşaq boğularaq ölüb.
Suda batan şəxs Cəfərxanlı kənd sakini 11 yaşlı Səməd Amil oğlu Mənsurov öz həmyaşıdı ilə çimmək üçün sözügedən əraziyə gəlib. İlk olaraq suya daxil olan Səməd boğulma təhlükəsi ilə üzləşib.
Bunu görən digər yeniyetmə özünü itirib və oradan uzaqlaşıb. Hadisə yerinə əvvəlcə kənd sakinləri gələrək batan şəxsin xilas etmək məqsədi ilə suya daxil olublar. Lakin onu suda tapa bilməyiblər.
Paralel olaraq hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri çağırılıblar.
Xilasedicilərin köməyi ilə uşağın meyiti sudan çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad şöbəsinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Cəlilabad rayonunda su bəndində batan şəxsin meyiti tapılıb.
"Report"un məlumatına görə, rayon sakini, 2013-cü il təvəllüdlü Səməd Mənsurovun meyiti aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, hadisə bu gün rayonun Gülməmmədli kəndində yerləşən su bəndində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Cəlilabadda bir nəfər su bəndində batıb.
"Report"un məlumatına görə, hadisə Gülməmmədli kəndində qeydə alınıb.
Hazırda boğulan şəxsin axtarışı aparılır.
Hadisənin təfərrüatı və boğulan şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma başlayıb.
"Cəlilabad rayonu" teqi üzrə xəbərlər
- Azərbaycanda vəzifəli şəxs vəfat etdi
- Cəlilabadda toy maşınının qəzaya uğraması nəticəsində yaralanan şəxs ölüb
- Cəlilabadda tragikomik hadisə - Adına başqa 14 avtomobilin cəriməsi gəlib
- Qohumlarının onminlərlə manatını alıb "TikTok"da xərclədi
- Cəlilabadda üç gün əvvəl evdə yanğın zamanı xəsarət alan azyaşlı xəstəxanada ölüb
Rəylər