Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bu il Azərbaycanda 16 mindən çox insanı heyvan dişləyib
Bu il yanvar-may ayları ərzində Azərbaycanda 16 280 nəfəri heyvan dişləyib.
Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri vəzifəsini icra edən Aytəkin Qurbanova deyib.
Onun sözlərinə görə, həmin müddətdə qeydə alınan heyvan dişləmələrindən 8 924-ü məlum, 7 356-sı isə naməlum heyvan tərəfindən olub:
"Ümumi rəqəmdən Bakının payına düşən say 3731 nəfər təşkil edib. Bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 88 hadisə az olub".
Mərkəz rəsmisi bildirib ki, bu il ölkə üzrə heç bir quduzluq hadisəsi qeydə alınmayıb: "Ötən il isə cəmi iki belə hadisə olub".
"Gigiyena və Epidemiologiya Mərkəzi" teqi üzrə xəbərlər
- Qalmaqallı uşaq evində ən SON VƏZİYYƏT
- Səhiyyə Nazirliyi suçiçəyi xəstəliyinə yoluxma ilə bağlı durumu açıqladı
- Yeni tədris ilində qızılcanın yayılmasının qarşısını necə almaq olar?
- Bu il ölkə üzrə 25 mindən çox heyvan dişləməsi qeydə alınıb
- Bakının bəzi kənd və qəsəbələrində maşınlarla satılan suyun keyfiyyəti necədir?
Rəylər