Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bir qrup şəxs üçün parklanma ödənişsiz olacaq
Xidməti parklanma yerində ödənişsiz saxlayacaq subyektlərin əhatə dairəsi genişləndirilir.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişikliklərin üçüncü oxunuşda müzakirəsi zamanı deputat Kamal Cəfərov deyib.
Deputat bildirib ki, həm ikinci oxunuş zamanı, həm də zamanla işçi qaydada da təkliflər daxil olub: "Bu barədə qanunvericilik təşəbbüsü subyektinin nümayəndəsi ilə müzakirəmizdən sonra bir sıra təkliflər qanun layihəsində öz əksini tapıb. Birinci təklif xidməti parklanma yerində ödənişsiz saxlayacaq subyektlərin əhatə dairəsinin genişləndirilməsi ilə bağlıdır. Təklif edilir ki, diplomatik nümayəndəlik və konsulluqların, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların, habelə onların diplomatik personalı xidməti parklanma hüququndan istifadə edə bilsin. İkinci təklif isə skuterlərin hərəkətinə dair tələblərlə bağlıdır. Burada da "sükanı tutmadan hərəkət etmək" sözünün əvvəlinə "sükanı olduğu halda" sözlərinin əlavə edilməsi təklif edilir. Üçüncü təklif isə uyğunlaşdırma xarakterlidir. 45-2 maddənin 6-ci bəndində "müvafiq icra hakimiyyəti orqanının" sözündən sonra "müəyyən etdiyi qurum" sözünün əlavə edilməsi təklif edilir".
"Parklanma qaydaları" teqi üzrə xəbərlər
- Bakıda sürücüləri narahat edən problem - Bildiriş vaxtından əvvəl gəlir
- Parklanmanın bitməsinə kim qərar verir - sürücü, yoxsa tətbiq?
- Bakıda sürücüləri çaş-baş qoyan parklanma nişanları
- Paytaxtda düzgün park edilməyən avtomobillər cərimələnir: Rəsmi qurum NƏ DEYİR?
- Bu xəbərləri qaçırmayın: 22.08.2024-ün ən mühüm hadisələri
Rəylər