Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Baş prokuror Kamran Əliyevdən beş aydır nə ölüsü, nə dirisi tapılan Rasimlə bağlı TAPŞIRIQ
Ötən il dekabrın 26-dan İmişlidə itkin düşən, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlu ilə bağlı başlanan cinayət işinin icraatı rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.
Bu barədə APA-ya, zərərçəkmiş Vasif Xankişiyevin (azyaşlının atası) hüquqi təmsilçisi, hüquq müdafiəçisi Samir Zeynalov məlumat verib.
Onun bildirdiyinə görə, Xankişiyev Rasim Vasif oğlunun 2023-cü il, dekabrın 26-sında İmişli rayonunun Qaragüvəndikli kəndində qeyri-aşkar şəraitdə itkin düşməsi faktı ilə bağlı İmişli Rayon Prokurorluğunda özünə qəsd maddəsi ilə açılmış cinayət işi üzrə icraatın nəticəsizliyinə görə 21 may tarixində baş prokuror Kamran Əliyevin qəbulunda olublar:
"Baş prokuror məni və nümayəndəsi olduğum şəxsi, yəni Rasimin atasını şəxsən qəbul etdi. Baş prokurordan konkret olaraq xahişimiz o idi ki, cinayət işinin icraatı İmişli rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilsin. Hadisənin qeyri-aşkar şəraitdə baş verməsini nəzərə alaraq, xahişimiz əsaslı idi. Beləliklə, xahişimiz baş prokuror tərəfindən müsbət dəyərləndirildi. Cinayət işinin icraatı bundan sonra Baş Prokurorluğun İstintaq İdarəsində davam etdiriləcək. Buna görə baş prokuror Kamran Əliyevə minnətdarlığımızı bildiririk".
Onun sözlərinə görə, hazırda azyaşlının axtarış prosesi yüksək intensivliklə davam etdirilir.
"İmişli" teqi üzrə xəbərlər
- İki qurumdan birgə ƏMƏLİYYAT: 134 kiloqram narkotiklə yaxaladılar
- Qazax və İmişli sakinləri evlərində ölü tapılıblar
- Eşqə görə intihar edən kişinin sevgilisinin iki uşağı olub - TƏFƏRRÜAT + YENİLƏNİB
- Meyvə şirəsi qabında şampun gətirməsinə irad bildirən atasını öldürdü - DETALLAR
- İmişlidə beş evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Rəylər