Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıdan rayonlara dənizlə sərnişin daşınması təklif olunur
“Bizim imkanımız var ki, sərnişindaşımada dənizdən istifadə edək”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat Rüfət Quliyev deyib.
“O cümlədən Bakıdan Lənkəran, Sumqayıt, Nabran istiqamətində bunu edə bilərik. Mən təklif edirəm ki, imkan varsa, bunu yenidən edək. Vaxtilə, 15-17 il öncə belə bir sistem var idi. Bakıdan Lənkərana dənizlə 4-5 saata gedilirdi və bu, müəyyən qədər rahatlığı təmin edə bilirdi”, - deyə o əlavə edib.
"Lənkəran" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər