Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda giriş-çıxış davası: Vətəndaşla şirkətdən qarşılıqlı İTTİHAMLAR
Bakıda vətəndaşın mənzilinə giriş-çıxışın bağlandığı iddiası ilə əlaqədar təqsirləndirdiyi şirkət fəaliyyətində heç bir qanun pozuntusuna yol vermədiyini bildirib.
"Sipark MTK" tikinti şirkətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri İradə Nurəddinqızı məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavabında qarşı tərəfi günahlandırıb.
"Fotodan da göründüyü kimi, binanın ümumi həyətyanı ərazisinə qonşu tərəfindən qeyri-qanuni qapı açılıb. Biz isə sadəcə, bu qanun pozuntusunun qarşısını almağa çalışırıq.
Qeyd edim ki, dəfələrlə müraciətlərimizə baxmayaraq, belə bir qanun pozuntusuna yol verilib. Biz hüquqi dövlətdə yaşayırıq, ona görə də əlaqədar qurumlara müraciət etmişik. Sözügedən tikilinin bizim binanın həyətyanı ərazisinə heç bir aidiyyəti yoxdur. Ona görə də onların qapı açması qeyri-qanunidir. Qarşı tərəf yalan danışır, onların hərəkət hüquqları məhdudlaşdırılmayıb, əksinə, onlar qanunsuz olaraq həyətyanı sahəmizə qapı açmaq istəyiblər. Onların əsas küçəyə giriş-çıxışları mövcuddur", - deyə şirkət nümayəndəsi bildirib.
Bakıda vətəndaş mənzilinə giriş-çıxışın bağlandığını iddia edir.
Oxu.Az-ın redaksiyasına şikayət ünvanlayan Bahar Şıxızadə mənzillərinə daxil olmaq üçün hərəkət hüquqlarının məhdudlaşdırıldığını qeyd edib:
"Həsən Əliyev, 70, mənzil 5 ünvanında yaşayırıq. "Sipark MTK" tikinti şirkəti bizim heç bir məhkəmə sənədi olmadan, səbəbsiz yerə binanın girişini bağlayıb. Evin qarşısında tikinti başlayıblar, hasar çəkiblər. Etirazımızı bildirdik. Hədə-qorxu gəldilər. Binanın 1-ci mərtəbəsinə ümumiyyətlə işıq düşmür, Günəş şüasına həsrət qalmışıq. Şikayətimizə baxan da yoxdur".
"Sipark MTK" (keçmiş adı "Evrostroy-S.S." MMC ) ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Həmin fotoları təqdim edirik:
Nəzrin Vahid
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib
Rəylər