Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda uşağın atası tərəfindən amansızcasına döyülməsinə dövlət qurumundan REAKSİYA
“Bakıda atanın uşağına qarşı etdiyi şiddətlə bağlı tədbir görülüb. Cinayət işi açılıb”.
Oxu.Az xəbər verir ki, bunu Bakıda atanın üç övladı və xanımına qarşı şiddət göstərməsini əks etdirən, sosial şəbəkələrdə yayılmış videosu ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq Şöbəsinin müdiri Taliyə İbrahimova deyib.
O bildirib ki, hüquq-mühafizə orqanları tərəfindən ata barəsində həbs qətimkan tədbiri seçilməsi istiqamətində tədbir görülüb.
Xatırladaq ki, Bakı şəhəri, Türkan qəsəbəsinin sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədovun xanımı və üç övladına şiddət göstərdiyi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir.
Könül Cəfərli
Rəylər