Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda sürücü avtomobilini velosiped yolunda park etdi
Paytaxtın mərkəzi küçələrinin birində sürücü avtomobilini velosiped zolağında park edib.
Baku.ws xəbər verir ki, qayda pozuntusu Mirzəağa Əliyev küçəsində qeydə alınıb.
Avtomobilini velosiped zolağında saxlayan sürücü yol hərəkəti qaydalarını pozub.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu gün yenə də velosiped zolağında avtomobilini saxlayaraq bu tip nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradırlar:
"Videogörüntü ilə əlaqədar olaraq araşdırma aparılmış və sürücü müəyyən edilərək barəsində qanunamüvafiq tədbir görülmüşdür. Qeyd edim ki, Azərbaycan Respublikasının İXM-nin 346.7-ci maddəsinə əsasən velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin velosiped yollarında dayanmasına və ya durmasına görə - 2 cərimə balı və yüz manat məbləğində cərimə nəzərdə tutulub".
Həmin görüntüləri təqdim edirik:
"Velosiped zolağı" teqi üzrə xəbərlər
- Bu ilin 10 ayında avtomobil qəzalarında ölən velosipedçilərin sayı AÇIQLANDI
- Motosikletlər velosiped zolaqlarında ciddi təhlükə yaradırlar - NARAZILIQ
- Bakıda mərkəzi küçələrdən biri avtomobillərin hərəkəti üçün həmişəlik BAĞLANDI
- Bakıda avtobus dayanacaqlarında mobil platformalar quraşdırılacaq
- Yolda qalanların göz dikdiyi zolaqlar: "Heç kim qalstukda velosiped sürməyəcək"