Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda qeyri-adi oğurluq: Evdən işə getdi, qayıdanda çöldə qaldı
"Səhər tezdən işə getmək məqsədilə evdən çıxdım, açarla qapını bağladım. Axşam evə qonaq çağırmışdım. Gəldim gördüm ki, qonaq nədir, heç özüm evə girə bilmirəm".
Bakı sakini, şikayətçi Tural Məhərrəmov evinin darvazasının oğurlandığını deyib.
"Darvazamı söküb aparıblar, oğurlayıblar, yerində başqa bir darvaza qoyulub, açarla bağlanıb. Bir həftədən çoxdur mən bu evə girə bilmirəm. Əşyalarım, hər şeyim orada qalıb", - deyə o qeyd edib.
Film kimi hadisə Bakının Sabunçu rayonu Kürdəxanı qəsəbəsinin Ləhiş bağları adlanan massivində baş verib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, vətəndaş Tural Məhərrəmovun iyulun 29-da ərazi üzrə polis orqanına etdiyi müraciət üzrə hazırda təhqiqat araşdırması aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Daha ətraflı REAL TV-nin süjetində:
Rəylər