Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda külək güclənib, bəzi rayonlara leysan yağıb - FAKTİKİ HAVA
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Oxu.Az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, avqustun 8-i saat 8:30-a olan məlumata görə, əksər rayonlarda hava şəraiti, əsasən, yağmursuz keçib.
Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.
Düşən yağıntının miqdarı Qaxda 21 mm, Gədəbəydə 12 mm, Şəkidə 9 mm, Daşkəsən, Göygöldə 6 mm, Tərtər, Gəncə, Ağdam, Şəmkir, Qrız, Şahdağ, Bərdə, Goranboy, Naftalanda 2 mm-dək olub.
Əvvəlcədən verildiyi kimi, şimal-qərb küləyi arabir, narıncı xəbərdarlığa uyğun olaraq, Bakıda və Abşeron yarımadasında 25 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Tərtərdə 20 m/s-dək güclənib.
"Neft Daşları" stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 4.2 metrə çatıb.
Qrız, Şahdağda duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR və Aran rayonlarında 39, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olub.
Rəylər