Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda kanalizasiya suları binanın zirzəmisinə dolur
Xətai rayonunun İlham Məmmədov küçəsində yaşayan sakinlər kanalizasiya problemindən əziyyət çəkirlər.
Sakinlər bildiriblər ki, dözülməz qoxu bir yana, həşərat və qurbağalar vəziyyəti daha da qəlizləşdirib. Onlar problemlə bağlı müvafiq qurumlara müraciət etsələr də, heç bir nəticəsi olmayıb.
Eyni problem, lakin daha acınacaqlı vəziyyət Xətai rayonunun Nəsrəddin Tusi, 9 ünvanında yerləşən binalardan birində yaşanır.
Belə ki, binanın zirzəmisinə dolan kanalizasiya suları demək olar ki, birinci mərtəbəyə qədər qalxıb.
"Zəng edirik, gəlib suyu çəkirlər, sonra da çıxıb gedirlər. Amma əsaslı təmir yoxdur. Demək olar ki, binanın yarısı revmatizm xəstəliyindən əziyyət çəkir. Bunun da səbəbi zirzəmidir", - deyə bina sakini narazılığını bildirib.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, İlham Məmmədov küçəsindəki bir çox tikili qanunsuzdur və orada mərkəzləşmiş kanalizasiya xidməti yoxdur. Nəsrəddin Tusi, 9 ünvanındakı vəziyyət isə nəzarətə götürülüb.
Qeyd olunan ünvana növbəti dəfə qəza briqadası göndəriləcək. Binada illərdir kanalizasiya probleminin hökm sürməsi ilə bağlı isə qeyd edilib ki, bunun səbəbi sakinlərin özləridir. Sakinlərin kanalizasiyaya məişət tullantıları atması boruların partlamasına və zirzəminin çirkab suları ilə dolmasına səbəb olur.
Ətraflı Baku TV-nin süjetində:
"Baku TV" teqi üzrə xəbərlər
- Dünya dəhşətli müharibənin bir addımlığında - Xəbərlərin 20:00 buraxılışı
- Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ
- COP29-un on birinci günü: Paris Sazişinin 6-cı maddəsi ilə bağlı razılıqlar əldə olundu
- Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - Detallar açıqlandı
- Türkiyədə tükürpərdən hadisə - Xəbərlərin 20:00 buraxılışı
Rəylər