Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda bu il 100 yeni elektrik mühərrikli avtobus istismara veriləcək
Bu ilin sonuna qədər Bakıda 100 yeni elektrik mühərrikli avtobusun istismara verilməsi planlaşdırılır.
“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Bakıda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təşkilatçılığı ilə keçirilən “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusunda konfransda bildirib.
“Avtobus parkı yenilənəcək, yeni velosiped yolları salınacaq. Nazirliyə məxsus “Bakı Taksi Xidməti” MMC-yə isə 150 ədəd elektrik mühərrikli taksi alınması nəzərdə tutulur”, - deyə o qeyd edib.
"AYNA" teqi üzrə xəbərlər
- İşğaldan azad olunmuş ərazilərə getməyə dekabr ayı üçün biletlər satışa çıxarılacaq
- "Ukrayna dairəsi"ndə hansı işlər görüləcək?
- Bakıda bir sıra küçələrdə yeni yol nişanları quraşdırılıb
- Bakıda 40-dan çox marşrutun fəaliyyəti bərpa edilir
- AYNA: "COP29-un doqquz günü ərzində 378 minə yaxın sərnişin daşınıb"
Rəylər