Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Uşaq evinin sakini Baku TV-nin çəkiliş qrupuna hücum etdi
Paytaxtın Xətai rayonunun Lütfi Zadə küçəsi, 18 ünvanında yerləşən 3 saylı uşaq evində azyaşlının döyülməsi iddiası gündəmi zəbt edib.
Baku TV məsələ ilə bağlı adıçəkilən ünvanda olub. Lakin çəkiliş qrupuna müəssisəyə daxil olmağa icazə verilməyib. Buna səbəb olaraq isə ərazidə rəhbərlikdən heç kimin olmadığı bildirilib.
Bir müddət sonra isə Baku TV-nin əməkdaşları sözügedən uşaq evinin sakini olan Məhəmməd Abıyevin hücumuna məruz qalıblar.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Qurumdan bildirilib ki, bütün hüquqi addımlar atılacaq.
Qeyd edək ki, son illər haqqında ancaq neqativ xəbərlər yayılan 3 saylı uşaq evi Sosial Xidmətlər Agentliyinin tabeliyində fəaliyyət göstərir.
Sosial Xidmətlər Agentliyindən bildirilib ki, 3 saylı uşaq evinin sakini Ramal Rəsulov özünün istəyinə əsasən mövcud psixoloji vəziyyəti nəzərə alınaraq artıq agentliyin digər müəssisəsinə yerləşdirilib. Hazırda agentlik və aidiyyəti qurumlar tərəfindən azyaşlının iddiaları əsasında araşdırma aparılır.
Ətraflı süjetdə:
"3 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi bu ilin əvvəlində Sosial Xidmətlər Agentliyinin (SXA) tabeliyinə verilib. Digər müəssisələrimizdə olduğu kimi, bu müəssisədə də müasir sosial xidmət prinsiplərinin tətbiqi üçün lazımi addımlar atılır. Neqativ halların qarşısının alınması, benefisiarların lazımi sosial xidmətlərlə təmini istiqamətində iş aparılıb və aparılır".
Oxu.Az xəbər verir ki, bunu yeniyetmənin 3 saylı Uşaq evi ilə bağlı iddiaları ilə bağlı məsələyə münasibət bildirərkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov deyib.
O bildirib ki, ARB televiziyasında efirdə açıqlamalarla çıxış edən müəssisəsinin sakini Ramal Rəsulov özünün istəyinə əsasən və mövcud psixoloji vəziyyəti nəzərə alınaraq, artıq agentliyinin digər müəssisəsinə yerləşdirilib:
"Hazırda agentlik və aidiyyəti qurumlar tərəfindən azyaşlının iddiaları əsasında araşdırma aparılır".
Xətai rayonunda yerləşən Sosial Xidmətlər Agentliyinin tabeliyindəki 3 saylı Uşaq evində təhqirə və zorakılığa məruz qalan 13 yaşlı yeniyetmə oradan qaçıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Oxu.Az-a açıqlamasında bildirib ki, yeniyetmənin səsləndirdiyi iddialarla bağlı araşdırmalara başlanılıb:
"Yetkinlik yaşına çatmayan şəxs polis və aidiyyəti dövlət qurumlarının əməkdaşları tərəfindən digər sığınacağa yerləşdirilib. Onun səsləndirdiyi iddialarla bağlı müvafiq araşdırma aparılır".
Aytac Qasımova
13 yaşlı yeniyetmə Xətai rayonunda yerləşən Sosial Xidmətlər Agentliyinin tabeliyindəki 3 saylı Uşaq evindən qaçıb.
Oxu.Az xəbər verir ki, Ramal adlı yeniyetmə ARB TV-də yayımlanan "Səni axtarıram" verilişində uşaq evi haqqında ittihamlar səsləndirib.
O qeyd edib ki, 8 gündür küçələrdə yaşayır. Buna səbəb isə müəllimlərin onları söyməsi, tapşırıq verərək uşaq evindəki digər uşaqlar tərəfindən döydürməsidir.
Bizə uşaq evində hər gün makaron, quru çörək verirlər. Ət verəndə içindən qurd çıxır. Yeyə bilmirik, qabağımıza atırlar. Uşaq evinə təzə müdir gəlib, adı Günay xanımdır. O da belə şeylər edir", - deyə Ramal qeyd edib.
"Sosial Xidmətlər Agentliyi" teqi üzrə xəbərlər
- Xüsusi qayğıya ehtiyacı olan uşaq: "Gələcəkdə Ronaldinyo kimi futbolçu olmaq istəyirəm"
- Xüsusi qayğıya ehtiyacı olan uşaq: "Ronaldinyonu gördüyüm an çox həyəcanlandım"
- Azərbaycanda qalmaqallı uşaq evində qoturluq aşkarlanıb
- Hazırda neçə nəfər sığınacaqda himayə edilir?
- 15 yaşlı qız uşaq evindən qaçdı: Anası ilə yaşamaq istəmir
Rəylər