Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
15 yaşlı qız uşaq evindən qaçdı: Anası ilə yaşamaq istəmir
"2009 təvəllüdlü yeniyetmə qız 3 saylı uşaq evindən qaçıb. Buna səbəb kimi isə Sosial Xidmətlər Agentliyinin qiymətləndirmə aparmadan qızı anasına verməsi olub".
Bu barədə Oxu.Az-a məlumat verilib.
Qeyd olunub ki, amma bir neçə gündən sonra övladını idarə edə bilməyən ana yeniyetməni yenidən 3 saylı uşaq evinə qaytarıb.
"Həmin ərəfədə qızla ana arasında mübahisə olub. Nəticədə qız uşaq evindən elə ananın gözü qarşısında qaçıb. Qızla anası yola getmirlər, buna baxmayaraq Sosial Xidmətlər Agentliyinin əməkdaşları onu anasına veriblər ki, "biz öhdəsindən gələ bilmirik, apar özün saxla". Qız isə bildirib ki, anası ilə yaşamaq istəmir və uşaq evindən qaçmayıb. Uşaq evinin İlahə İmanova adlı əməkdaşı onu qapıya gətirib və qapıdan buraxıb".
Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinə sorğu ünvanladıq.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov Oxu.Az-a açıqlamasında məsələyə belə aydınlıq gətirib:
"Yay tətili dövründə özünün və valideyninin istəyi ilə uşaq ailəsinə təhvil verilib. Sonra uşaq müəssisəyə geri qaytarılarkən müəssisəyə daxil olmadan, anasının yanından mağazaya getmək adı ilə uzaqlaşıb və ərazidən qaçıb.
Bir müddət sonra hüquq-mühafizə orqanları tərəfindən tapılaraq valideyninə təhvil verilən uşağın anası onun uşaq evindən çıxarılması ilə bağlı müraciət edib.
Hazırda uşaq ailəsindədir. Onun istəyi və mənafeyinə uyğun dövlət qayğısı ilə əhatə olunması istiqamətində aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə iş aparılır", - deyə açıqlamada bildirilir.
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Nizami rayonundakı uşaq bağçasına istilik verilməməsinin SƏBƏBİ AÇIQLANDI
- AzTU-da 3 aydır tələbə təqaüdləri verilmir? - Universitet aydınlıq gətirdi
- Elektrikdoldurma məntəqələrində PARKİNQ HAQQI tələb olunur?
- Respublika Klinik Xəstəxanası "köçdü", xəstələr Bilgəh-Bakı yolunda qaldılar?
- Bakıda səkilərdə qurulan pullu parkinqlər yeni trendə çevrilir?