Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakı bulvarında bu il də dəniz gəzintiləri mümkün olmayacaq? - AÇIQLAMA
Yay mövsümündə Bakı sakinlərinin və qonaqlarının əsas istirahət məkanlarından biri dəniz kənarıdır. Bir qisim çimərliklərə üz tutursa, bəziləri də dəniz gəzintilərinə üstünlük verirlər.
Ancaq təəssüf ki, uzun müddətdir, gəzinti gəmilərinə minmək mümkün deyil.
Maraqlıdır, gəmi ilə səyahət niyə təşkil olunmur? Yaxın gələcəkdə bu fəaliyyətin bərpası üçün hansı addımlar atılır?
Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, gəmi gəzintilərinin dayandırılmasının səbəbi dənizdə suyun səviyyəsinin enməsidir:
"Dənizin səviyyəsinin enməsi ilə əlaqədar 2022-ci ildən gəzinti gəmilərinin fəaliyyətində fasilə yaranıb. Gəmilərin yenidən təhlükəsiz fəaliyyətinin bərpası istiqamətində mövcud vəziyyətin qiymətləndirilməsi aparılır".
Qeyd edək ki, 2022-ci ilin oktyabrına qədər 5 manat ödəniş etməklə gəzinti gəmisi ilə Xəzər dənizində 30 dəqiqə səyahət mümkün idi. Lakin artıq bir neçə ildir ki, bu gəmilərin fəaliyyəti dayandırılıb.
Könül Cəfərli
"Dənizkənarı Bulvar İdarəsi" teqi üzrə xəbərlər
- Azərbaycan Bayrağı ölçüsünə görə "Ginnesin rekordlar kitabı"na düşüb
- Xəzərin "Mirvari"sinin iş qrafiki AÇIQLANDI
- "Mirvari" təmirdən çıxdı: Bakı bulvarında gəmi gəzintisi BƏRPA EDİLİR
- Bulvarda gəmi gəzintisinə START VERİLƏCƏK - Qiymətlər DƏYİŞƏCƏK?
- Dənizkənarı Milli Park dünyada ən yaxşılardan biri seçildi
Rəylər