Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Polkovnikin oğlu faciəli şəkildə həlak oldu
Bu gün dəhşətli yol-nəqliyyat hadisəsi zamanı həlak olan şəxslə bağlı məlumat əldə olunub.
News24.az xəbər verir ki, qəza zamanı Cavid Namiq oğlu İsmayılzadə vəfat edib.
Qeyd edək ki, dünyasını dəyişən şəxs Nərimanov Rayon Polis İdarəsinin rəis müavini olub.
Xatırladaq ki, vəfat edən şəxsin atası polkovnik Namiq İsmayılov Binəqədi rayonunun sabiq polis rəisi olub.
Oktyabrın 9-da saat 21:30-da Bakı-Qazax yolunun Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, "Toyota" markalı avtomobil yük maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü Cavid İsmayılzadə hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, polis zabiti olan C.İsmayılzadə hadisə baş verən zaman məzuniyyətdə olub.
Rəylər