Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Biləsuvarda mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alanların son durumu AÇIQLANDI
Biləsuvar rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son durumu açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, xəsarət alanlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar:
"28.06.2024-cü il tarixində saat 15:10-də Biləsuvar rayon Mübariz İbrahimov küçəsində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 12 nəfər (10 nəfəri qadın, 2 nəfəri kişi cinsli olmaqla) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım vasitəsilə hospitalizasiya olunub.
Xəsarət alanların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar".
Əzizə İsmayılova
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhəri M.İbrahimov küçəsində qeydə alınıb.
Qəza zamanı mikroavtobusla minik avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alan 10-dan çox sərnişin rayon xəstəxanasına çatdırılıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Rəylər