Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Dəniz və Liman Agentliyi məlumat yayıb.
Məlumata görə, iyunun 26-sı günün ikinci yarısından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb, şimal küləyi iyunun 27-si səhər saatlarına kimi davam edəcək:
"Həmin günlər ərzində şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2-4 metrə, daha sonra 4,5-5,5 metrə çatacağı proqnozlaşdırılır".
Rəylər