Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ edildi
Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi (GHİM) küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Bu barədə "Report"a GHİM-in Mətbuat Xidmətindən məlumat verilib.
Xəbərdarlığa əsasən, bu gündən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb, şimal küləyi sabaha kimi davam edəcək. Küləyin sürətinin 18-23 m/s, arabir 25-27 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün isə 3-5 metrə çatacağı proqnozlaşdırılır.
"Dövlət Dəniz və Liman Agentliyi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər