Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Deputat: "İşsizlik bölgələrdə bir nömrəli problemdir"
"İşsizlik bölgələrdə bir nömrəli problemdir".
Bunu deputat Jalə Əliyeva Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Millət vəkili vurğulayıb ki, qəbula gələnlərin 70-80%-i işlə təmin olunmaqla bağlı müraciət edir:
"Məlumdur ki, əhalinin kütləvi şəkildə işləyə biləcəyi müəssisələr hər bölgədə mövcud deyil. Vətəndaş bir qayda olaraq dövləthesablı müəssisələrdə çalışmaq istəyir. Lakin həmin müəssisələrin işəgötürmə imkanları hüdudsuz deyil".
J.Əliyeva bildirib ki, bölgələrdə işsizliyin aradan qaldırılmasının ən effektiv yolu kənd təsərrüfatını inkişaf etdirmək və kəndlini bu sahəyə təşviq etməkdir:
"Azgəlirli ailələr onlara ayrılan pay torpaqlarından effektiv istifadə edə bilmirlər. Məhsuldarlıq əldə etmək üçün lazım olan avadanlıqlar hər kəsə əlçatan olmadığından vətəndaş çox vaxt təsərrüfatla məşğul ola bilmir. Buna görə də dövləthesablı müəssisələrə üz tutur".
Baku TV deputatın çıxışının videosunu təqdim edir:
Rəylər