Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanda icra başçısının müavini işdən çıxarıldı
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının müavini Vəfa Valeh qızı Allahverdiyeva vəzifəsindən azad olunub.
"Report"un Qərb bürosunun məlumatına görə, Gədəbəyin icra başçısı Orxan Mürsəlov bununla bağlı müvafiq sərəncam imzalayıb.
V.Allahverdiyeva Gədəbəy Rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri vəzifəsini də icra edib.
Onun yerinə hələ ki təyinat yoxdur.
"Gədəbəy Rayon İcra Hakimiyyəti" teqi üzrə xəbərlər
Ən çox oxunanlar