Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Atmosferə normadan artıq zərərli maddələr atan avtomobillər saxlanıldılar
Oktyabr ayının 1-dən respublika ərazisində həyata keçirilən "Təmiz hava" aylığı çərçivəsində nəzarət tədbirləri polis əməkdaşları tərəfindən davam etdirilir.
Bununla bağlı Oxu.Az-a Daxili İşlər Nazirliyindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, bu məqsədlə BDYPİ-nin Ekoloji Nəzarət Üzrə Yol Patrul Xidmətinin stasionar postunda növbəti tədbir həyata keçirilib.
Tədbir zamanı atmosferə normadan artıq zərərli maddələr atan avtomobillərin istismarının qarşının alınması ilə yanaşı, sürücülərlə, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərlə maarifləndirmə xarakterli söhbətlər aparılıb. Nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, o cümlədən insanların həyat və sağlamlığına vurduğu zərər onların diqqətinə çatdırılıb.
Qeyd edək ki, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
"Təmiz hava aylığı" teqi üzrə xəbərlər
- Gəncədə "Təmiz hava" aylığı ilə əlaqədar tədbir keçirilib
- Nərimanov rayonunda "Təmiz hava" aylığı ilə əlaqədar tədbir keçirilib
- Gəncə şəhərində "Təmiz hava" aylığı ilə əlaqədar tədbir keçirilib
- Qaradağ rayonunda "Təmiz hava" aylığı ilə əlaqədar tədbir keçirilib
- Sabunçuda 10-dan çox sürücü cəzalandırıldı
Rəylər