Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Altı yaşlı Mahir yaşamaq üçün mübarizə aparır
Beş yaşlı Mahir Səlimzadə qaraciyər çatışmazlığından əziyyət çəkir.
Oxu.Az-la əlaqə saxlayan Mahirin anası Hicran Məmmədova hazırda Beyləqanda yaşadıqlarını və müalicəni qarşılaya bilmədiklərini vurğulayıb.
O qeyd edib ki, Mahir bir müddət Bakıda müalicə alsa da, sonradan maddi sıxıntılar ucbatından rayona qayıdıblar:
"Yardımsevər insanların köməyi ilə oğlum bir neçə dəfə müalicə aldı. Onda yaşıdları kimi gülə, qaça, oynaya bilirdi. Daha sonra ona lazım olan dərmanları ala bilmədik və Mahirin vəziyyəti günü-gündən pisləşdi. Burnundan tez-tez qan açılır. Pəncərədə durub həyətdə oynayan uşaqlara baxır, ağlayır. O, həm də epilepsiyadan əziyyət çəkir. Əvvəl müalicə alanda altını islatmırdı, amma indi özündən asılı olmadan altını isladır. Mahir bundan çox utanır və özünə qapanır. İzah etməyə çalışsam da, yaşı azdır və dərk etmir. Övladımın biraylıq müalicəsi üçün 800 manata ehtiyacımız var. İmkanlı şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (050) 624-89-96.
Beynəlxalq Bank: 4127 2093 0509 2923.
"yardıma ehtiyacı olanlar" teqi üzrə xəbərlər
- Xərçəngdən əziyyət çəkən dörd yaşlı İbrahim: "Ana, kömək etsinlər, mən sağalım"
- Yeddi yaşlı Ümidin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- 14 yaşlı yeniyetmə ocağın içinə yıxılıb: Müalicələri yarımçıq qalıb
- Yeddi yaşlı Ümidin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- İki uşaq atası yardımsevər şəxslərin dəstəyinə möhtacdır
Rəylər