Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
400-ə yaxın müəllimin tədrisdənkənar alternativ işlərlə təmin olunması prosesi gedir
"400-ə yaxın müəllimin tədrisdənkənar alternativ işlərlə təmin olunması prosesi gedir".
"Report" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.
N.İsmayılbəyli bildirib ki, işdən azad olunmuş müəllimlərlə əlaqədar komissiyalar yaradılıb və onların həssaslığı nəzərə alınaraq, alternativ işlərlə təmin edilməsi üçün çalışmalar davam etdirilir:
"Həssas təbəqədən olan müəllimlərin sertifikasiya müsabiqəsindən keçməməsinə və işdən uzaqlaşdırılmasına baxmayaraq, onların sosial həssaslığı araşdırılır. Bu hal təsdiqlənərsə, həmin müəllimlər müxtəlif işlərlə təmin olunacaq".
O bildirib ki, bu sıraya məktəblər təhsil müəssisələrindəki vakansiyalar, sosial pedaqoq, nizam-intizam prosesinin təşkili və sair işlər daxildir.
"Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi" teqi üzrə xəbərlər
- Bu gündən şagirdlərin elektron yerdəyişməsi BAŞLADI
- Məktəblərlə bağlı İDDİA: Dərnəkləri sertifikasiyadan kəsilən müəllimlərə tapşırırlar?
- Təhsil müəssisələrinin zəruri odun və istiliklə təchiz olunacağı vaxt AÇIQLANDI
- Məktəblərin jurnallarla təmin olunması işləri yekunlaşacaq - RƏSMİ
- Eşqi Bağırov: "Təhsil müəssisələrində yoxlama-nəzarət tədbirləri aparılır"
Rəylər