Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
27 gün erməni əsirliyində qalan Xocalı sakini: "Dedim ki, məni qətlə yetirin"
Baku TV Xocalı soyqırımı zamanı 27 gün erməni əsirliyində qalan Valeh Hüseynovun evində olub.
Əsir düşdüyü günlərdən söz açan Xocalı sakini bildirib ki, həmin vaxt həyatının ən çətin anlarını yaşayıb:
"Kişi hər şeyə dözə bilər. Amma ən böyük zərbə azərbaycanlı qızına kömək edə bilməmək idi. Səadət öldürüləndə dedim ki, Allah, sənə şükür, yaxşı ki, o, əsir düşmədi, şəhid oldu".
V.Hüseynov deyir ki, musiqiçi olduğu üçün ermənilər onun barmaqlarını qırıblar:
"Gitara ifaçısı olduğumu bilib barmaqlarımı qırdılar. Dırnağımı çıxartdılar, əlimi sobaya basdılar. Erməniyə heç vaxt yalvarmamışam ki, məni döyməyin. Bircə onu dedim ki, məni öldürün".
V.Hüseynov 44 günlük Zəfər tariximizi qürur və fəxr hissi ilə xatırlayır:
"Bir sutkaya beş rayon almaq nə deməkdir?! Həmin oğulların qarşısında diz çökərəm, çökmüşəm də. Qələbədən sonra Xocalıdakı evimizə getdim. Uşaqlıq xatirələrimi yad etdim. O vaxtlar cənnətdə yaşadığımızı bilməmişik".
Daha ətraflı videosüjetdə:
"Xocalı soyqırımı" teqi üzrə xəbərlər
- Vətən müharibəsinin 30-cu günü - Üçüncü atəşkəs elan olunur
- Prezident: "Fransa və onun kimi Qərb dövlətləri işğalı əbədi etmək üçün əllərindən gələni edirdilər"
- Azərbaycan təkcə Ermənistandan deyil, havadarlarından da təzminat tələb edə bilər
- Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi
- Ukraynada anti-Azərbaycan isterikası - Hökumət rəzalətə "dur" deməlidir
Rəylər