Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Zaxarova: "Ermənistanın təhlükəsizliyi üçün KTMT-dən başqa variant yoxdur"
"Ermənistanın təhlükəsizliyi üçün KTMT-dən başqa variant yoxdur".
Oxu.Az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə News.ru saytının əməkdaşının verdiyi suala cavab verərkən deyib.
M.Zaxarova vurğulayıb ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tədbirlərində iştirakına gəlincə, İrəvanın təşkilatla əməkdaşlığa qayıtması üçün qapılar açıqdır:
"Son nəticədə bu ölkənin sabitliyinin təminatçısı kimi KTMT və Rusiyanın alternativ yoxdur. Bu, illər yox, əsrlər boyu sınanmış, erməni xalqı tərəfindən yüksək qiymətləndirilmiş və Ermənistanın tarixində öz əksini tapmış məsələdir. Nəşr olunan hər hansı psevdodərslik bu yazılanları dəyişdirə bilməz".
"Mariya Zaxarova" teqi üzrə xəbərlər
- Zaxarovaya brifinq zamanı sirli zəng: Xəbərdarlıq aldı
- Mariya Zaxarova: "NATO qüvvələrinin Ukraynada peyda olması bütün dünya üçün fəlakətlə nəticələnəcək"
- Zaxarova: "Moskva COP29-un Bakıda mükəmməl təşkilini yüksək qiymətləndirir"
- Zaxarova: "Qərbin təzyiqi ilə İrəvan bütün üçtərəfli formatlarda iştirakını dayandırıb"
- Rusiya XİN COP29 konfransının Bakıda keçirilməsini alqışlayıb