Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ukrayna səfiri Azərbaycana təşəkkür edib
"Ukrayna ölkəmizdə baş verən münaqişənin ilk günlərindən etibarən təqdim edilən enerji avadanlığına görə Azərbaycan Respublikasının rəhbərliyinə minnətdardır. Biz bunu çox qiymətləndiririk".
Oxu.az-ın məlumatına görə, bunu Ukraynanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev brifinqdə bildirib.
O, Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişlənəcəyinə ümid etdiyini vurğulayıb:
"Bu barədə son telefon danışığı zamanı energetika sahəsi üzrə nazirlərimiz də razılığa gəliblər".
Səfir Azərbaycanın təqdim etdiyi humanitar yardıma görə də Ukraynanın minnətdar olduğunu vurğulayıb:
"Prezident İlham Əliyevin fərmanına əsasən, bu qış biz 6,7 milyon dollar dəyərində transformator və kabel avadanlığı almışıq. 2022-ci ildən indiyədək enerji sahəsində aldığımız humanitar yardımın ümumi məbləği təxminən 9 milyon dollar təşkil edib. Avadanlıq daha çox zərər görən bölgələrə paylanır. Bununla yanaşı enerji avadanlığı üçün öz şəxsi vəsaitlərini təqdim edən Azərbaycan vətəndaşlarına təşəkkür etmək istəyirəm. Onların sayəsində bir çox ukraynalı enerji çatışmazlığının öhdəsindən gələ bilib".
"Yuri Qusev" teqi üzrə xəbərlər
- Ukrayna səfiri: "Ölkələrimiz arasında ticarət uğurla inkişaf edir"
- Yuri Qusev: "Azərbaycan həqiqi və etibarlı dostdur"
- Yuri Qusev: "Ukrayna COP29-a ev sahibliyi edəcək ölkə qismində Azərbaycanın seçilməsini alqışlayır"
- Ukraynanın Azərbaycandakı yeni səfiri: "İrpenlə Laçını əlaqələndirmək üçün planlar var"