Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ukrayna səfiri: "Ölkələrimiz arasında ticarət uğurla inkişaf edir"
"Ukrayna ilə Azərbaycan arasında ikitərəfli ticarətdən danışarkən kənd təsərrüfatı məhsullarının tədarükünün qarşılıqlı artımını, o cümlədən yüksək keyfiyyətli Ukrayna məhsullarının Azərbaycana, tərəvəz və meyvələrin tədarükünün də Ukraynaya artımını xüsusilə qeyd etmək lazımdır".
Oxu.az-ın məlumatına görə, bunu Ukraynanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev brifinqdə bildirib.
O, bir sıra digər sahələrdə də ticarətin uğurla inkişaf etdiyini vurğulayıb:
"Ukrayna və Azərbaycan ixracatçıları logistikanın optimallaşdırılmasında və sadələşdirilməsində maraqlıdırlar. Ukraynanın iştirakı ilə Orta Dəhlizin inkişafı yüksək qarşılıqlı maraq doğurur".