Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Muxtar Babayev: "COP29 sədrliyi işini davam etdirəcək və COP30-a dəstək verəcək"
"COP29 sədrlik fəaliyyətini il ərzində davam edəcək və Braziliyanın COP30-a sədrlik fəaliyyətinə dəstək verəcək".
"Report"un məlumatına görə, bunu COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Bakıda keçirilən COP29-un yekun plenar sessiyasında bəyan edib.
"Biz hamını yeni milli səviyyədə müəyyən edilmiş töhfələrini fevrala qədər təqdim etməyi tövsiyə edəcəyik. Braziliyanın gələcək sədrlik fəaliyyətini dəstəkləyəcəyik və Rio Konvensiyalarının arasında tərəfdaşlıq əlaqələrini gücləndirməyə davam edəcəyik," - o bildirib.
M.Babayev, həmçinin COP29 konfransına qatılan bütün iştirakçılara, Azərbaycana iqlim məsələsində göstərilən etimada görə təşəkkürünü bildirib.
"Bu imkanları bizə verdiyiniz üçün minnətdaram. Gəlin, birlikdə irəliləyək və yaşıl dünya naminə həmrəyliyimizi nümayiş etdirək," - o əlavə edib.
"COP29" teqi üzrə xəbərlər
- Avropa Komissarı: "COP29 sədrliyinin əzmkarlığı təqdirəlayiqdir"
- COP29-un bağlanış plenar iclasından tarixə düşən GÖRÜNTÜLƏR
- Saymon Still: "Azərbaycana iqlim maliyyələşməsində çətin hədəfə nail olduğu üçün təşəkkür edirəm"
- Vopke Hukstra: "Bir çox ölkələr qalıq yanacaqdan imtina etməkdə qərarlıdırlar"
- COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib