Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rusiyalı politoloq: "ATƏT-in Minsk qrupu siyasi meyitdir və ləğv olunmalıdır"
"Ermənistanın baş naziri Nikol Paşinyan sülh sazişinin imzalanması imkanını əngəlləyir".
"Report"un məlumatına görə, bu barədə jurnalistlərə rusiyalı politoloq Sergey Markov deyib.
O, Azərbaycana qarşı hər hansı ərazi iddialarını istisna etmək üçün Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyini qeyd edib, lakin politoloqun fikrincə, hətta bu proses də süni şəkildə ləngidilir.
"Nikol Paşinyan konstitusiyaya dəyişikliyi 2027-ci ilə qədər təxirə salmağı qərara alıb ki, bu da təxribatdır", - deyə S.Markov bildirib.
O hesab edir ki, Nikol Paşinyan daha çox hərbi yardım almaq üçün regionda münaqişə illüziyasını saxlamağa çalışır. "Bu, digər məsələlərlə yanaşı, Cənubi Qafqaz regionuna hərbi missiyaların cəlb edilməsi, Paşinyana daha çox silah verilməsi və Qərb ölkələri, ilk növbədə, Fransa və ABŞ-nin bazalarının yaradılması üçün lazımdır", - deyə o qeyd edib.
Politoloqun fikrincə, İrəvan Cənubi Qafqaz regionunda sabitliyi pozmağa çalışır. "Bu, bütün region ölkələrini - Azərbaycan, Rusiya, Türkiyə, İran və hətta ola bilsin ki, Gürcüstanı Ermənistanın tamamilə destruktiv rolunun qarşısını almaq üçün birləşməyə məcbur edir", - deyə o əlavə edib.
S.Markov, həmçinin vurğulayıb ki, ATƏT-in keçmiş Minsk qrupu Azərbaycanda separatizmi dəstəkləməkdə davam edir:
"Bu, siyasi meyitdir. Əlbəttə ki, Minsk qrupu ləğv edilməlidir".
"ATƏT-in Minsk Qrupu" teqi üzrə xəbərlər
- Zaxarova ATƏT-in Minsk Qrupu barədə: "Biz özümüz də narazıyıq"
- Makronun BMT fiaskosu - Fransa lideri Ermənistanı revanşizmə, Ərdoğan isə sülhə səslədi
- Prezident: "ATƏT-in xüsusi qrupu 28 il ərzində sıfır nəticə hasil edib"
- ABŞ Dövlət Departamenti: "Azərbaycan və Ermənistanla istənilən formatda işləməyə hazırıq"
- Paşinyandan ATƏT açıqlaması: "Fəaliyyətini dayandırıb"