Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Prezident: "ATƏT-in xüsusi qrupu 28 il ərzində sıfır nəticə hasil edib"
"Təkcə Qafqazda deyil, daha geniş coğrafiyada Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası başlıca amil olmuşdur. Otuz il ərzində bizim beynəlxalq səviyyədə tanınmış ərazimiz Ermənistanın işğal altında olmuşdur".
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyada çıxışı zamanı səsləndirib.
Dövlətimizin başçısı xatırladıb ki, beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının mütləq icra edilməli olan dörd qətnaməsinin olmasına baxmayaraq, bu işğal davam edirdi. ATƏT-in bu məsələ ilə məşğul olması üçün xüsusi qrup təsis etdiyini deyən dövlətimizin başçısı 28 il ərzində həmin qrupun sıfır nəticə hasil etdiyini vurğulayıb.
"İlham Əliyevin İtaliya səfəri" teqi üzrə xəbərlər
- Fuad Hüseynəliyev: "İlham Əliyevin İtaliyaya səfəri ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək"
- İlham Əliyev İtaliyada keçirilən Çernobbio Forumunda çıxış edib
- Prezident AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağanın ləğvi şərtini açıqladı
- "Lazım gələrsə, Azərbaycan Rusiya ilə Ukrayna arasında münaqişənin həllində iştirak etməyə hazırdır"
- İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatdı