Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rusiya XİN-də Paşinyanı mövcud sənədlərə məsuliyyətlə yanaşmağa çağırıblar
"Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatı ləğv etmək istəyi ilə bağlı sual rəsmi İrəvana ünvanlanmalıdır".
Oxu.Az xəbər verir ki, bu sözləri sentyabrın 11-dəki brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova News.ru müxbirinin Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatının həyata keçirilməsi və Paşinyanın sənədin mətnini təhrif edən son bəyanatları ilə bağlı sualına cavab verərkən bildirib.
Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, 2020-ci il Üçtərəfli Bəyanatı guya Ermənistan ərazisində kommunikasiyaların təhlükəsizliyinin təmin edilməsi üzərində nəzarəti üçüncü qüvvələrə verir və indiki reallıqlara uyğun deyil.
Mariya Zaxarova Ermənistan hökumətinin başçısını Cənubi Qafqazda sülh uğrunda öz həyatı bahasına mübarizə aparanlara hörmətlə yanaşmağa çağırıb.
"Biz həm mövcud sənədlərlə, həm də onların müddəaları ilə manipulyasiya etmək cəhdlərini dəfələrlə görürük. Onlar (sənədlər) sehirli çubuğun hərəkəti ilə deyil, yazılanların gerçəkləşməsi üçün öz töhfəsini verən, təkcə vaxtını deyil, bəzən həyatını qurban verən insanlar tərəfindən həyata keçirilir. Ona görə də sənədlərin sitatlarına belə yüngül, hətta məsuliyyətsiz yanaşmaq, məncə, olmaz", - deyə diplomat bildirib.
Zaxarova həmçinin vurğulayıb ki, regionda sülh və sabitliyin əldə olunması üçün müvafiq sənədlərin müddəalarını işləyib hazırlayanların səylərinə hörmətlə yanaşmaq lazımdır.
"Ən əsası budur ki, məsuliyyətli siyasətçilər mürəkkəb tarixi prosesin nəticəsində hazırlanmış sənədlərə məsuliyyətsiz yanaşmamalıdırlar", - deyə o, yekunlaşdırıb.
"Mariya Zaxarova" teqi üzrə xəbərlər
- Zaxarovaya brifinq zamanı sirli zəng: Xəbərdarlıq aldı
- Mariya Zaxarova: "NATO qüvvələrinin Ukraynada peyda olması bütün dünya üçün fəlakətlə nəticələnəcək"
- Zaxarova: "Moskva COP29-un Bakıda mükəmməl təşkilini yüksək qiymətləndirir"
- Zaxarova: "Qərbin təzyiqi ilə İrəvan bütün üçtərəfli formatlarda iştirakını dayandırıb"
- Rusiya XİN COP29 konfransının Bakıda keçirilməsini alqışlayıb