Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rusiya XİN: "Azərbaycanda baş konsulluqların yaradılması üçün danışıqlar aparırıq"
"Moskva və Bakı Rusiyanın Azərbaycanda baş konsulluqlarının yaradılmasını müzakirə edir, Rusiya Federasiyası bu məsələdə uğur qazanacağına ümid edir".
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində keçirilən "Rusiya - Azərbaycan" sessiyasında deyib.
"Qeyd etmək istərdim ki, Azərbaycanda baş konsulluqlarımızın yaradılması əlaqələrimizin mütərəqqi inkişafı, o cümlədən ticarət-iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanların axtarışına uyğun olardı. Azərbaycanlı dostlarla danışıqlar aparırıq və ümid edirik ki, uğur qazanacağıq", - deyə nazir müavini bildirib.
Rusiya XİN rəhbərinin müavini çıxışında "3+3" regional platformasının fəaliyyətindən də bəhs edib.
O qeyd edib ki, Rusiya və Azərbaycan "3+3" regional platformasının fəal, faydalı və təşəbbüskar iştirakçılarıdır.
Qaluzinin sözlərinə görə, məhz bu format regiona daha çox ehtiyac duyulan sabitlik və təhlükəsizliyin gətirilməsini vəd edir:
"3+3" regional platformasında Azərbaycan, Ermənistan, Rusiya, İran, Türkiyə iştirak edir. Gürcüstana isə qarşılıqlı fəaliyyət üçün qapı həmişə açıqdır", - deyə o bildirib.
Qaluzin Rusiya-Azərbaycan münasibətlərinin hazırda çox yaxşı olduğunu, Azərbaycanda Rusiyanın "Mir" kartlarının getdikcə populyarlaşdığını vurğulayıb.
"Bu, 2022-ci ilin fevralında imzalanmış bəyannaməyə uyğun olaraq müttəfiqlərin qarşılıqlı fəaliyyəti və strateji tərəfdaşlıq münasibətləridir", - deyə o əlavə edib.
Qaluzinin sözlərinə görə, Moskva və Bakı Azərbaycanda Yuri Qaqarinin abidəsinin yaradılması layihəsini hazırlayır. Bu bir daha sübut edir ki, iki ölkə arasında güclü mədəni əlaqələr mövcuddur.
"Biz mədəniyyət sahəsindəki bu şanlı ənənəni davam etdirmək istəyirik. Azərbaycanda Yuri Qaqarinin abidəsinin yaradılması layihəsi var. Gənclər arasında mədəniyyət abidələrimizə qayğıkeş münasibətin formalaşdırılması baxımından həyata keçirəcəyimiz bir sıra digər layihələrimiz də var", - diplomat bildirib.
Rusiya XİN rəhbərinin müavini Azərbaycanda rus dilinin öyrənilməsi məsələsinə də diqqət çəkib.
"Dünən Vladimir Vladimiroviç Putin dedi ki, rus dilinin öyrənilməsi məsələlərində Azərbaycan Prezidentinin dəstəyini hiss edir, çünki bu, ikitərəfli münasibətlərin inkişafı üçün vacibdir. Biz bunu birlikdə edirik, biz burada yeni imkanlar tapırıq, bu məsələləri çox fəal şəkildə müzakirə edirik" , - Qaluzin bəyan edib.
"Əminəm ki, biz bu yolla getsək, Rusiya-Azərbaycan münasibətlərinin ən uğurlu, etibarlı və praqmatik inkişafı liderlərimizin razılaşmalarına uyğun olaraq fəal şəkildə davam etdiriləcək", - deyə nazir müavini yekunlaşdırıb.
Qeyd edək ki, iyunun 5-dən 8-dək Rusiyada Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçirilir.
Mənbə: TASS
"Rusiya - Azərbaycan münasibətləri" teqi üzrə xəbərlər
- Azərbaycan və Rusiyanın baş nazirləri ölkələr arasında cari əməkdaşlıq məsələlərini müzakirə ediblər
- Aktyorun və həyat yoldaşının ölümünün araşdırılmasında Rusiya ilə Azərbaycan əməkdaşlıq edəcək
- Azərbaycan və Rusiya Xəzər dənizi ilə bağlı işçi qrupu yaradıb
- Rusiya Azərbaycan ilə BRİKS və ŞƏT arasında qarşılıqlı fəaliyyətin intensivləşməsini alqışlayır
- Rusiya və Azərbaycanın xüsusi xidmət orqanları bir diplomata qarşı təxribatın qarşısını alıblar