Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rusiya Azərbaycan ilə BRİKS və ŞƏT arasında qarşılıqlı fəaliyyətin intensivləşməsini alqışlayır
"Rusiya Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRİKS ilə qarşılıqlı fəaliyyətinin intensivləşdirilməsini alqışlayır və dəstəkləyir".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Bakıda jurnalistlərə bildirib.
"Rusiya, əlbəttə ki, Azərbaycanın ŞƏT-də müşahidəçi statusu almasını və bu ölkə ilə BRİKS dövlətlər qrupu arasında daha sıx qarşılıqlı əlaqəni alqışlayır və dəstəkləyir. Azərbaycan bunu çox gözəl bilir", - Narışkin qeyd edib.
"Sergey Narışkin" teqi üzrə xəbərlər
Ən çox oxunanlar