Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Prezident İlham Əliyev Rusiya ilə bağlanmış iki sazişi təsdiqlədi
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında səhiyyə, tibb təhsili və tibb elmi sahələrində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Fərman imzalayıb.
Oxu.Az bildirir ki, bu barədə President.az xəbər verir.
Fərmanla saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etmək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə həvalə olunub.
Həmçinin, Prezident digər fərmanla "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında qida məhsullarının təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş"ini təsdiq edib.
Saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etmək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə həvalə olunub.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə hər iki sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərmək tapşırılıb.
"Fərman" teqi üzrə xəbərlər
- Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişlənib
- Prezident Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı iki fərman imzaladı
- XDMX-nin Milli Qvardiyasının Döyüş Bayrağı təsdiqləndi - FƏRMAN
- İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 1 milyard manatdan çox oldu
- "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası"nda dəyişiklik edildi