Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 1 milyard manatdan çox oldu
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Oxu.Az bildirir ki, bu barədə President.az xəbər verir.
Fərmanla:
1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2328 (Cild I); 2024, № 3, maddə 263) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi"nin 6.2-ci bəndində "980 700 000 (doqquz yüz səksən milyon yeddi yüz min)" sözləri "1 068 400 000 (bir milyard altmış səkkiz milyon dörd yüz min)" sözləri ilə əvəz edilir.
2. Bu fərmanın 1-ci hissəsinin icrası "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanının 1.11.7.9.1-ci abzası ilə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra - Fond) nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 2024-cü ilin dövlət büdcəsindən fonda ayrılan 87 700 000 (səksən yeddi milyon yeddi yüz min) manat hesabına təmin ediləcək.
Maliyyə Nazirliyinə bu fərmanın 2-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək, İKZF-ə isə bu fərmandan irəli gələn məsələləri həll etmək həvalə olunub.
"İpoteka və Kredit Zəmanət Fondu (İKZF)" teqi üzrə xəbərlər
- İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 100 milyon manat artırılacaq
- Azərbaycanda daha 369 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək
- Bu xəbərləri qaçırmayın: 09.10.2024-ün ən mühüm hadisələri
- İpoteka yolu ilə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: Faizlərin azaldılması nə dərəcədə realdır?
- Gənc ailələr ev ala bilmirlər: Problem necə həll edilməlidir?