Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Prezident: "COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik"
"Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq".
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən "ŞƏT plyus" formatında görüşdə çıxışında deyib.
Dövlətimizin başçısı bildirib ki, Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib.
"Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik", - deyə Prezident İlham Əliyev vurğulayıb.
"İlham Əliyevin Astana səfəri" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev: "Noyabrda Bakıda yenidən görüşməyimizə şad olaram"
- İlham Əliyev: "Qazaxıstan, Qırğızıstan və Özbəkistanla fəal investisiya layihələri həyata keçirilir"
- Prezident: "Bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıyıq"
- Prezident: "Dünyada artan təhdidlər müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsini tələb edir"
- Prezident İlham Əliyev Astanada dövlət başçılarının şərəfinə rəsmi qəbulda iştirak edib