Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İlham Əliyev: "Qazaxıstan, Qırğızıstan və Özbəkistanla fəal investisiya layihələri həyata keçirilir"
"Qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır".
AZƏRTAC xəbər verir ki, bu fikri avqustun 9-da Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə deyib.
Dövlətimizin başçısı bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır.
"Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Həyata keçirilən "Rəqəmsal İpək Yolu" layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcək", - deyə Prezident İlham Əliyev vurğulayıb.
"İlham Əliyevin Astana səfəri" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev: "Noyabrda Bakıda yenidən görüşməyimizə şad olaram"
- Prezident: "Bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıyıq"
- Prezident: "Dünyada artan təhdidlər müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsini tələb edir"
- Prezident İlham Əliyev Astanada dövlət başçılarının şərəfinə rəsmi qəbulda iştirak edib
- İlham Əliyev: "Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir"