Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Məzahir Pənahov: "Bizdən narazı olanlar isə məhkəmələrə müraciət edə bilərlər"
"Seçkinin təşkili və keçirilməsi ilə bağlı hər hansı bir təklif olsa, bunu nəzərə alacağıq".
Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, seçici siyahıları ilə bağlı fikirlər səsləndirilir: "Hətta biz özümüz az qala çağırırıq ki, gəlin şikayət verin.
Bizdən narazı olanlar isə məhkəmələrə müraciət edə bilərlər. Bizim yalnız Seçki Məcəlləsinin tələblərinə uyğun addım atmaq imkanımız var".
Dairə seçki komissiyalarının qərarlarından narazı olan şəxslərim müraciətlərinə baxılması sentyabrın 11-də saat 18:00-da bitəcək.
Mərahim Nəsib
"Mərkəzi Seçki Komissiyası (MSK)" teqi üzrə xəbərlər
- Gürcüstanda MSK rəhbərinə hücum olub
- Naxçıvan Mərkəzi Seçki Komissiyasının yeni tərkibi təsdiqlənib
- Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
- Bu il Azərbaycanda bələdiyyə seçkisi keçirilməyəcək
- Gürcüstanda bugünkü parlament seçkisinin mənzərəsi: Saxtakarlıq, bıçaqlaşma və ölüm...