Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bu il Azərbaycanda bələdiyyə seçkisi keçirilməyəcək
Azərbaycanda 2024-cü ildə bələdiyyə seçkisi keçirilməyəcək.
Mərkəzi Seçki Komissiyasından (MSK) "Report"a verilən məlumata görə, bu günə qurumun iclası təyin edilməyib.
Seçki Məcəlləsinin 213-cü maddəsinə uyğun olaraq digər seçkilərdən fərqli olaraq bələdiyyə seçkisini MSK təyin edir:
"Maddə 213. Bələdiyyə seçkilərinin təyin edilməsi
213.1. Bələdiyyə seçkilərini bu Məcəllənin 211.1-ci və 211.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası təyin edir".
Bundan əvvəlki bələdiyyə seçkiləri dekabrın 23-də keçirilib.
Seçki məcəlləsinin 8-ci maddəsinə uyğun olaraq Azərbaycanda seçkilər səsvermə gününə ən azı 60 gün qalmış rəsmi dərc edilir:
"Maddə 8. Seçkilərin (referendumun) təyin edilməsi müddəti
8.1. Seçkilərin (referendumun) təyin edilməsi haqqında qərar (sərəncam) səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc edilir".
Qurumdan qeyd edilib ki, 2024-cü ilin sonuna qalan təqvim günlərini hesabladıqda bundan sonra elan ediləcək seçki 2025-ci ilə təsadüf edəcək.
"Mərkəzi Seçki Komissiyası (MSK)" teqi üzrə xəbərlər
- Gürcüstanda MSK rəhbərinə hücum olub
- Naxçıvan Mərkəzi Seçki Komissiyasının yeni tərkibi təsdiqlənib
- Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
- Gürcüstanda bugünkü parlament seçkisinin mənzərəsi: Saxtakarlıq, bıçaqlaşma və ölüm...
- David Çikelidze: "Qərb ölkələri hakim "Gürcü Arzusu" partiyasını nüfuzdan salmağa çalışırlar"