Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Lavrov: "Ermənistanın Zəngəzurla bağlı mövqeyinin mənasını anlamaq çətindir"
"Biz sülh müqaviləsinin tezliklə imzalanmasını və kommunikasiyaların açılmasını dəstəkləyirik. Təəssüf ki, Ermənistanın Sünik bölgəsindən keçən kommunikasiyalarla bağlı, baş nazir Nikol Paşinyan tərəfindən imzalanan sazişi sabotaj edən məhz Ermənistan rəhbərliyidir".
Oxu.Az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birinci kanala müsahibəsində deyib.
"Belə bir mövqenin mənasını anlamaq çətindir" , - Lavrov bildirib.
Rusiya XİN rəhbəri xatırladıb ki, 2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndində deyilir:
"Regionda bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə nəqliyyat əlaqəsinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları həyata keçirir.
Lakin Ermənistan indiyədək bu öhdəliyini yerinə yetirməyib və kommunikasiyaların açılmasını əngəlləyir. Halbuki regionda davamlı sülhün və inkişafın təmin edilməsi üçün bütün kommunikasiyaların bərpası mühüm əhəmiyyət kəsb edir".
"Azərbaycan-Ermənistan münasibətləri" teqi üzrə xəbərlər
- Mirzoyan almaniyalı həmkarını Azərbaycanla sülh sazişi üzərində iş barədə məlumatlandırıb
- Ermənistan regional kommunikasiyaların açılması ilə bağlı Azərbaycana təklif göndərib
- Elçin Əmirbəyov: "Fransa münasibətlərimizin gərginləşməsinə birbaşa məsuliyyət daşıyır"
- Gürcüstan baş naziri: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi əladır"
- Rəsmi Bakı: "Ermənistanın məsuliyyətə cəlb edilməsi üçün səylərimizi davam etdirəcəyik"